Suriyalı gənclərin Türkiyə əleyhinə sözləri qəzəb yaratdı - VİDEO

20:16 | 02.03.2020
Suriyalı gənclərin Türkiyə əleyhinə sözləri qəzəb yaratdı - VİDEO

Suriyalı gənclərin Türkiyə əleyhinə sözləri qəzəb yaratdı - VİDEO

Türkiyə-Yunanıstan sərhədləri suriyalı miqrantlarla dolub-daşır. Onlar Avropa tərəfə keçmək üçün hər cür risk edir.

Bizimyol.info xəbər verir ki, sərhəd zonasında suriyalı iki gəncin sözləri Türkiyədə böyük qəzəb yaradıb. Jurnalistə müsahibə verən Məhəmməd və Əli adlı cavan oğlanlar birmənalı qarşılanmayacaq ifadələr işlədiblər: "Türklər bizi yox, özlərini qurtarmaq üçün Suriyaya girdi. Sanki biz sizə "gedin bizi qurtarın” dedik”.
Gənclər müsahibəyə daha yumşaq ifadələrlə başlayıblar. Onlar Türkiyədə heç nə qazanmadıqlarını söyləyiblər: "Burada yaşamaq çətindir. Dostlar Avropadadır. Oxuyurlar, yaxşı yaşayırlar”.
Sonra onlardan biri Türkiyədə qınanılmaqdan söz açıb: "Deyirlər ki, bizim əsgərlər Suriyadadır, siz burada neyləyirsiz?” Bunun ardınca Türkiyədə qəzəblə qarşılanan ifadələri işlədiblər.
Gənclərin sözləri sosial şəbəkələrdə çox müzakirə olunub. Rəylərin arasında onların nankor adlandırılmasını, İdlibdə ölməyə layiq olduqlarını görmək mümkündür.

Biri yazıb ki, bunlara xərclənən pula ağac əkilsəydi, daha faydalı olardı.

Ümumi fikir belədir ki, suriyalılar öz vətəninə qaytarılmalıdır.
 

 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM