Türkiyənin Aydın əyalətinin Didim rayonunun Fənər kəndindən qaçaq yolla Yunanıstan adalarına keçmək istəyən və göyərtəsində qaçqınlar olan gəminin batması nəticəsində 3-ü uşaq olmaqla, 4 nəfər ölüb.
"Report" xəbər verir ki, bu haqda "Anadolu" agentliyi məlumat yayıb.
Məlumata görə, gəmi suriyalı qaçqınları daşıyırmış. Onların olduğu gəmi Bulamaç adası yaxınlığında batıb.
Türkiyə Sahil-Mühafizə Xidməti əməkdaşlarının axtarış-xilasetmə əməliyyatı nəticəsində 3-ü uşaq olmaqla, 4 nəfərin meyiti sudan çıxarılıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !