Suriyalı qızla davranışı bu polisi məşhur etdi - FOTOLAR

17:34 | 11.09.2015
Suriyalı qızla davranışı bu polisi məşhur etdi - FOTOLAR

Suriyalı qızla davranışı bu polisi məşhur etdi - FOTOLAR

Danimarkaya gələn qaçqınlar arasındakı suriyalı qız uşağı ilə oyun oynayan polis məmuru bir anda dünyada məşhur olub. Hətta dünyanın hər tərəfindən ona evlilik təklifi gəlməyə başlayıb.
 
 

ANN.Az xəbər verir ki, əllərini yumub içindəkinin nə olduğunu tapmaq üçün polis əməkdaşına yaxınlaşan balaca qızcığaza xoş rəftar gösətərn polis əməkdaşının fotolarını BT-nin  ("British Telecommuncations") əməkdaşı Klaus Fisker çəkib. Hadisə Danimarka ilə Almaniya sərhədində  yerləşən Padborq şəhəri yaxınlığındakı avtobus dayanacağında baş verib.  Polis əməkdaşının balaca suriyalı qızla xoş rəftarı və mehribanlıqla oyun oynaması dünya qadınlarına təsir edib. Fotoların yayıldığı qəzetin redaksiyasına, eləcə də şəkillərin paylaşıldığı ingur.com sosial şəbəkəsində qadınlar belə bir polis əməkdaşı ilə ailə qurmağı xoşbəxtlik kimi dəyərləndiriblər. Fotoların altından bir qadın belə bir status yazıb: "Bu polis əməkdaşının kim olduğunu bilmirəm, amma onun üçün sərhədləri keçməyə dəyər. Həm yaxşı bi insan olduğu üçün, həm də yaraşıqlı olduğuna görə".
 
 

Sosial şəbəkədə həm də danimarka polisinin ABŞ-lı polislərdən daha insani rəftarlarına görə fərqləndiyini yazıblar. Fotolar 1,2 milyon istifadəçi tərəfindən paylaşılıb.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM