Suriyalıların orqanlarını türklər alır - İDDİA

18:28 | 06.02.2014
Suriyalıların orqanlarını türklər alır - İDDİA

Suriyalıların orqanlarını türklər alır - İDDİA

Türkiyəyə gətirilən suriyalı yaralıların orqanları qara bazarda satılır. Ürək, qara ciyər və böyrək kimi orqanlar Türkiyədə müalicə olunan insanlara paylanılır.Qaynar.info xəbər verir ki, bu barədə Livanın "El Safir" qəzeti məlumat yayıb.Qəzet Suriyada yanvar ayında başından yaralanan və Antakyadakı xəstəxanaya gətirilən 19 yaşlı Əhməd Əbdülkərim Məhəmmədin ölümündən bir neçə gün sonra qarın nayihəsinin əməliyyat edildiyi və qara ciyər, böyrək kimi orqanlarının götürüldüyünü bildirib.Livandakı "Əl Diyar" qəzeti də türklərin yaralanan gənc suriyalıları Antakya və İsgəndərunda yerləşən xəstəxanalara yerləşdirdiklərini yazıb. Qəzet xəstəxanalarda orqanları götürülən suriyalıların öldürüldüyünü və dəfn olunmaq üçün Suriya sərhədinə göndərildiklərini bildirib.Qəzet eyni zamanda türk həkimlərin xəstəxanalara gətirilən 62 min suriyalı yaralının 15 min 600-nün orqanlarını götürdüyünü iddia edib. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM