• $ 1.7
  • € 1.9735
  • ₽ 0.021877
  • ₺ 0.04
  • £ 2.2468

Suriyanın yeni lideri İsrailə mesaj göndərib

Suriyanın yeni lideri İsrailə  mesaj göndərib
17.12.2024 12:37
Suriya İsrailə qarşı hücumların həyata keçirilməsi üçün dayaq nöqtəsinə çevrilməyəcək. Bu barədə Dəməşqdə hakimiyyətə gələn silahlı qruplaşmaların lideri Əhməd əş-Şəraa, ləqəbi ilə tanınan Əbu Məhəmməd əl-Culani, The Times qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, İsrail qərbi Suriyada müxalif qüvvələrin Dəməşqə hücumu zamanı nəzarətə aldığı əraziləri tərk etməlidir.

"İsrail bu addımı ‘Hizbullah’ və İran dəstələrinin varlığı ilə izah edirdi, lakin bu artıq aktual deyil,” – əş-Şəraa bildirib.

"Biz 1974-cü il qüvvələrin ayrılması sazişinə sadiqik və BMT [müşahidəçilərinin] geri dönməsinə hazırıq. Biz nə İsraillə, nə də başqa heç kimlə münaqişə istəmirik və Suriyanın hücumlar üçün dayaq nöqtəsi kimi istifadə edilməsinə icazə verməyəcəyik. Suriyalılara sülh lazımdır, hücumlar dayanmalıdır, İsrail əvvəlki mövqelərinə geri çəkilməlidir,” – o əlavə edib.

The Times yazır ki, əş-Şəraa Rusiya-Suriya münasibətlərinə toxunmayıb, lakin onun köməkçisi Rusiyanın ölkədəki hərbi bazalarını saxlamaq üçün aparılan danışıqları xatırladıb.

Suriyanın yeni lideri həmçinin Dəməşqə tətbiq edilən sanksiyaların ləğv olunması və ölkəni tərk etmiş sakinlərin geri qayıtması üçün şəraitin yaradılmasının zəruriliyini vurğulayıb.

"Suriyanın olduqca mühüm geostrateji əhəmiyyəti var. Onlar [Qərb ölkələri] həm qatilə, həm də qurbana tətbiq olunan bütün məhdudiyyətləri ləğv etməlidirlər. Qatil artıq yoxdur. Bu məsələ müzakirə predmeti deyil,” –  əş-Şəraa bildirib və bəzi ölkələrin terror təşkilatları siyahısına daxil etdiyi "Heyət Təhrir əş-Şam”ın bu siyahıdan çıxarılmasını gözlədiyini əlavə edib.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
CAR G20-də fəaliyyətini müvəqqəti dayandırır
Dünya 18:30
CAR G20-də fəaliyyətini müvəqqəti dayandırır
Paşinyan: Katolikos II Qaregin milli təhlükəsizlik üçün təhdiddir
Dünya 18:08
Paşinyan: Katolikos II Qaregin milli təhlükəsizlik üçün təhdiddir
Putin Hindistana səfər edib
Dünya 18:04
Putin Hindistana səfər edib
Rusiyada "FaceTime" bloklanıb
Dünya 13:13
Rusiyada "FaceTime" bloklanıb
Çinin Sincan bölgəsində 6,2 bal gücündə zəlzələ baş verib
Dünya 13:03
Çinin Sincan bölgəsində 6,2 bal gücündə zəlzələ baş verib
ABŞ Sülh İnstitutunun adı Donald Trampın şərəfinə dəyişdirilib
Dünya 09:33
ABŞ Sülh İnstitutunun adı Donald Trampın şərəfinə dəyişdirilib
Hakan Fidan Rüstəm Umerovla görüşüb
Dünya 22:57
Hakan Fidan Rüstəm Umerovla görüşüb
NATO “Rusiya–NATO Şurası”nı rəsmən ləğv edib
Dünya 22:30
NATO “Rusiya–NATO Şurası”nı rəsmən ləğv edib
HƏMAS israilli girovun meyitini BQXK-ya təhvil verib - Yenilənib
Dünya 20:05
HƏMAS israilli girovun meyitini BQXK-ya təhvil verib - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol