Suriya tarixinin ən pis günlərini yaşayır. Amma buna baxmayaraq, Əsəd rejiminin əlində olan Tartus şəhərində 50 milyon dollara inşa edilən MALL-un açılışı olub. Suriyanın baş naziri Vael əl-Halaqin də ticarət mərkəzinin açılışda iştirak edib. Mall özünün lüks görünüşü və xidmətləri ilə digərlərindən seçilir.
ANN.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu şəhər Kobanidən 3 saatlıq məsafədə yerləşir. Bəzi iş adamları ölkədəki vəziyyətin pis olmasına görə belə bir layihəyə sərmayə qoyuluşunu ağılsızlıq hesab edir. Hətta sosial şəbəkələrdə də MALL-un açılışını tənqidlərlə qarşılayan bəzi suriyalılar "Tartusdakı insanların yarısı buradan alver edə bilməz" - fikrini bölüşüblər.
Tartus əyaləti vətəndaş müharibəsinin təsiri altında olan bölgələrdən biridir. 2010-ci ildən indiyədək 9 milyon insan əyalətdən qaçıb. 180 min insan isə həyatını itirib.
Suriyanın ən böyük MALL-larından biri hesab olunan ticarət mərkəzinin fotolarını təqdim edirik:
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !