Suriyanın kimyəvi silahı ABŞ gəmisində məhv ediləcək

09:00 | 18.12.2013
Suriyanın kimyəvi silahı ABŞ gəmisində məhv ediləcək

Suriyanın kimyəvi silahı ABŞ gəmisində məhv ediləcək

Suriya kimyəvi silahların ən təhlükəli komponentlərinin məhv edilməsi ABŞ gəmisində keçiriləcək. Trend İTAR-TASS agentliyinə istinadən bu barədə Rusiyanın Kimyəvi silahların qadağan olunması üzrə təşkilatın (KSQOT) yanında daimi nümayəndəsinin müavini Vasiliy Tituşkin bildirib." KSQOT-un İcraçı Şurası Suriya kimyəvi silahın növbəti ləğvi mərhələsinin əsas elementləri üzrə qərar qəbul edib, - Tituşkin bildirib. Suriyanın Latakiya limanında yükü Suriya kimyəvi arsenalının ən təhlükəli komponentlərini Danimarka və Norveç gəmiləri götürəcək, daha sonra o, İtaliya limanlarından birində xüsusi təchiz edilmiş ABŞ gəmisinin göyərtəsinə yüklənəcək və orada məhv edilməsi prosesi baş verəcək".ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti