Suriyanın Şam bölgəsində 27 azərbaycanlı öldürülüb

15:45 | 19.02.2014
Suriyanın Şam bölgəsində 27 azərbaycanlı öldürülüb

Suriyanın Şam bölgəsində 27 azərbaycanlı öldürülüb

Suriyada öldürülən azərbaycanlılarla bağlı yeni video görüntü yayılıb.APA-nın Suriyada vuruşan silahlı qruplaşmalara məxsus saytlara istinadən verdiyi məlumata görə, video görüntülərdə Suriyanın Şam bölgəsində öldürülən 27 azərbaycanlının fotosu əks olunub. Həmin görüntülərdəki şəxslərdən bir neçəsinin ölüm xəbəri Azərbaycan mətbuatında getsə də, əksəriyyəti indiyədək yayımlanmayıb. APA həmin görüntüləri təqdim edir. Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-dən çox azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu mücahidlər tərəfindən sosial şəbəkələrdə yayılıb.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti