Suriyaya döyüşə gedənlərə sərt cəza - 15 il

17:51 | 07.02.2014
Suriyaya döyüşə gedənlərə sərt cəza - 15 il

Suriyaya döyüşə gedənlərə sərt cəza - 15 il

1989-cu il dekabrın 4-də BMT muzdlulardan istifadə edilməsi, maliyyələşdirilməsi və təliminə qarşı mübarizə Konvensiyası qəbul edib. Lakin Konvensiya yalnız 12 ildən sonra qüvvəyə minib, 2006-cı ildə isə BMT-yə üzv olan 200-dən artıq dövlətdən yalnız 24-ü bu sənədi imzalayıb.ANN.Az Lent.az-a istinadən xəbər verir ki, bunu “Bakupost”a müsahibəsində Mili Məclisin insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova bildirib.Onun sözlərinə görə, Azərbaycan 1997-ci ildə Konvensiyaya qoşulub, 1999-cu ildə isə sözügedən məsələ Cinayət Məcəlləsində əksini tapıb.“Həm muzdlu kimi döyüşə gedənlər, həm də onları bu işə sövq edənləri 4 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir”.Komitə sədri “gənclər təlimatı və döyüş müqabilində pulu yəqin ki, yola düşməzdən əvvəl alırlar. Bunun qarşısını ölkəni tərk etməzdən əvvəl almaq olmazmı?” sualına da aydınlıq gətirib:“Onlar internet vasitəsilə müvafiq təşkilatlarla, şəxslərlə əlaqə saxlayırlar. Və bütövlükdə proses qəflətən olmur. Həmin adamların ailələri, yaxınları məsələdən mütləq agah olurlar. Gərək övladının belə bir niyyətdə olduğunu hiss edən valideynlər məlumat versinlər. Məsələni gizli saxlayırlar, uşaqları gedəndən sonra əl-ayağa düşməyə başlayırlar və bu azmış kimi özgələrini qınayırlar. Belə bir yola düşən və onu gizlədən hər kəs bilməlidir ki, bu, milli təhlükəsizliyə təhdiddir”.R.Aslanova onu da vurğulayıb ki, mətbuat da öz işini görməlidir və Suriyaya, yaxud başqa ölkəyə yollananları nələr gözlədiyini, onların aqibətinin necə olacağını yazmalı, ictimailəşdirməlidir:“Onda həmin şəxslər həm öz ölkəsi, həm də beynəlxalq birlik qarşısında məsuliyyət daşıdığını anlayar, Azərbaycan qanunvericiliyindən xəbərdar olarlar”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM