Səudiyyə Ərəbistanında yeni qanunun icrası həyata keçirilib.
ANS PRESS-in məlumatına görə, Səudiyyə Ərəbistanında kralın əmri ilə ölkə xaricində döyüşməyə getdikləri üçün 11 nəfərə 4-18 il arası həbs cəzası verilib. Bu barədə Səudiyyənin rəsmi xəbər agentliyi “SPA” xəbər yayıb. Kralın əmrlərinə qarşı çıxaraq müharibə fitnəsi olan ölkələrə getmək, “Əl-Qaidə”yə qatılaraq müxtəlif düşərgələrdə silah istifadə etməyi öyrənmək, partladıcı vasitələr haqqında müəyyən biliklər əldə etmək, sui-qəsd məqsədilə özünü öldürmək və insanları aldadaraq qarşıdurmaların baş verdiyi qaynar nöqtələrə aparmaq kimi hərəkətlər ölkə hökuməti tərəfindən cəzasız qalmır. Qeyd edək ki, Suriyada qarşıdurmalarda iştirak edən Səudiyyə vətəndaşlarının ölkələrinə qayıtdıqdan sonra təhlükə mənbəyi olacağı düşünüldüyü üçün Ər-Riyad administrasiyası fevral ayında bu məqsədlə xarici ölkəyə qaçan və terror təşkilatları ilə əlaqə quran şəxslərə 20 ilə qədər həbs cəzası verilməsi barədə qanun qəbul edib. ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !