Novxanı-Binəqədi avtomobil yolunun yenidən qurulması çərçivəsində bu ərazidə hərəkət məhdudlaşdırılıb, avtomobillər üçün müvəqqəti alternativ yol salınıb. Amma yolun baxımsız qalması buradan keçənləri narahat edir.
Anews.az Xezerxeber.az-a istinadən məlumat verir ki, "Azəravtoyol” ASC-nin sözçüsü Anar Nəcəflinin verdiyi açıqlmaya görə, ərazidəki çətinlik müvəqqəti xarakter daşıyır. Orada olan müvəqqəti alternativ yolun düzəldilməsi və əraziyə müvafiq nişanların qoyulması üçün mütəxəssis qrupu əraziyə baxış keçirəcək və lazımi tədbirlər görüləcək.
Sözügedən yolda hazırda kommunikasiya xətləri çəkilir ki, qarşıdakı 2 ay ərzində bu yol tam təmir edilərək istifadəyə veriləcək.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !