Sürücülərə xəbərdarlıq edildi

08:56 | 01.06.2017
Sürücülərə xəbərdarlıq edildi

Sürücülərə xəbərdarlıq edildi

Bakı Nəqliyyat Agentliyi sürücülərdən hazırda paytaxtda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar yollardakı müəyyən edilmiş sürət həddinə əməl etmələrini xahiş edir.

Agentlikdən İstiPress-ə verilən məlumata görə, yollarda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin müşahidə kameraları vasitəsilə nəzarət gücləndirilib.

Güclü külək səbəbindən hərəkətin təhlükəsizliyinə və fasiləsizliyinə mane ola biləcək hal baş verəcəyi təqdirdə dərhal zəruri tədbirlərin görülməsi üçün müvafiq qurumların məlumatlandırılması təmin ediləcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti