Sürücülərin nəzərinə - Gecə saatlarında Bakının bu küçələrində...

15:54 | 19.04.2019
Sürücülərin nəzərinə - Gecə saatlarında Bakının bu küçələrində...

Sürücülərin nəzərinə - Gecə saatlarında Bakının bu küçələrində...

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhəri, Rəşid Behbudov küçəsi ilə 28 may küçəsinin kəsişməsində, həmçinin Dilarə Əliyeva küçəsinin Rəşid Behbudov küçəsi ilə kəsişməsində sarı kəsişmə toru nişanlanmasının təşkili məqsədilə xətlənmə işləri aparılacaq.

Anews.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, işlər saat 22:00-dan başlayaraq səhər saatlarına qədər davam edəcək.

Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti