Avtomobillərdə olan pərdənin çərçivəsi hansı materialdan hazırlanmalıdır?
Anews.az Xəzər TV-yə istinadən xəbər verir ki, avtomobil bazarında bu işlə məşğul olan ustalar da deyir ki, əvvəllər pərdə və jalüzlərin bir neçə növü var idi. Sonradan onlar qaydalara uyğun olan pərdələri hazırlamağa başlayıblar. İndi ustaların əksəriyyəti "maqnit” adlanan pərdə hazırlayır.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, avtomobilə yalnız sənaye üsulu ilə hazırlanmış pərdə və jalüzə icazə verilir.
Qeyd edək ki, standartların tələblərinə uyğun olmayan rəngli, güzgü, buqələmun tipli şüşələrin avtomobillərə quraşdırılaraq idarə edilməsi inzibati məsuliyyət yaradır. Bu tələbləri pozan sürücülər məsuliyyətə cəlb edilərək 150 manat məbləğində cərimə edilə bilər.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !