Sürüşmə zonasından köçürülən sakinlərə vəsait ayrıldı

16:21 | 25.01.2018
Sürüşmə zonasından köçürülən sakinlərə vəsait ayrıldı

Sürüşmə zonasından köçürülən sakinlərə vəsait ayrıldı

Sürüşmə zonasından çıxarılan 80 ailə, 390 nəfərə bu aydan etibarən müvəqqəti olaraq kirayə haqqı ödəniləcək. 

Anews.az xəbər verir ki, bunu Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib.

Onun sözlərinə görə, ərazidə araşdırma aparam mütəxəssislər həmin dağ yamacının altında iki yeraltı çayın axırdığını müəyyən ediblər. 

"Bu çaylarda suyun səviyyəsinin dəyişməsi, eləcədə yağıntıların səviyyəsinin artması sürüşməyə səbəb olan amillərdəndir. Artıq bu məsələ ilə bağlı Nazirlər Kabineti tərəfindən müvafiq qərar qəbul olunub. 

Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər qurumlarla birgə ərazidə araşdırma aparılır. Nəticə müəyyən olunanadək sakinlər kirayə haqqı ilə təmin olunacaq. Nəticədə bəlli olduqdan sonra çıxarılan rəyə uyğun tədbirlər görüləcəkdir”. 

E Əziziov qeyd edib ki, əgər ərazidə təhlükə davam edərsə, vətəndaşlara birdəfəlik kompensasiya verilərək ərazidən köçürülmə məsələlərinə baxılacaqdır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM