Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqraba Topluluqları İdarəsi (YTB), Mədəniyyət və Turizm Nazirliyi Sinema Genel Müdürlüyü, TRT, "Anadolu” agentliyi və Boğaziçi Kültür Sanat Vəqfinin təşkilatçılığı ilə ilk dəfə keçirilən Diaspor Beynəlxalq Qısa Film Festivalı başa çatdıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, festivala 120 ölkədən 3 123 film təqdim edilib.
İstanbulun "Atlas” kinoteatrında filmlərin nümayişi zamanı türkiyəli tamaşaçılar "28” filmini maraqla qarşılayıblar. Filmin nümayişindən sonra rejissor Nazim Şərbətov ekran əsərinin qəhrəmanının real həyatda da əslən Şuşadan olduğunu və birinci Qarabağ müharibəsi zamanı 12 yaşında şəhəri tərk etmək məcburiyyətində qaldığını, onun uşaq vaxtı yaşadığı psixoloji sarsıntılara diqqəti cəlb edib.
"Bu hekayədə müharibənin insanlara və uşaqlara yaşatdığı dəhşətli anları, psixoloji sarsıntılara səbəb olduğunu göstərmək istədik. Bundan başqa, məqsədimiz erməni vandallarının işğal zamanı Şuşadakı tarixi-mədəni irsimizi, abidələrimizi tarmar etdiklərini, şəhəri viran qoyduqlarını daha geniş auditoriyanın nəzərinə çatdırmaqdır”, - deyə rejissor əlavə edib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !