"Şuşa günləri" tədbirinə 122 min manatdan çox xərclənəcək

Şuşa Dövlət Qoruq İdarəsi "Şuşa günləri" tədbirinə 122.449,18 AZN vəsait xərcləyəcək. Bu barədə tenderlərlə bağlı rəsmi elan saytında məlumat paylaşılıb.
Belə ki, Şuşa 2024-cü il "İslam dünyasının mədəniyyət paytaxtı" ili çərçivəsində Şuşa ilə qardaşlaşmış Xivə (Özbəkistan) şəhərində "Şuşa günləri" tədbirinin keçirilməsi nəzərdə tutulur.
Tenderin qalibi "LAGUNA GROUP" MMC-dir.
Qalib şirkət dövlət qeydiyyatına 2017-ci il alınıb və nizamnamə kapitalı 10 manatdır.
Şuşa 2024-cü il üçün İslam dünyasının paytaxtı elan olunub.
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) Şuşanı 2023-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı elan edib.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 