Şuşa həbsxanasının sökülməsi ilə bağlı rəsmi açıqlama

19:18 | 22.03.2024
Şuşa həbsxanasının sökülməsi ilə bağlı rəsmi açıqlama

Şuşa həbsxanasının sökülməsi ilə bağlı rəsmi açıqlama

Sosial şəbəkələrdə Şuşa həbsxanasından görüntülər paylaşılaraq oranın sökülməsi iddia edilib.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Səmayə Məmmədova "Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, Şuşa həbsxanasının sökülməsi ilə bağlı yayılan görüntülər həqiqəti əks etdirmir.

O qeyd edib ki, yayılan video köhnə kadrlar əsasında hazırlanıb:
 
"Həmin videoda söküntü aparılmasına dəlalət edən məqamlar yoxdur və görüntülər reallığı əks etdirmir. Şuşa həbsxanası tarixi abidədir. Orada söküntüdən heç bir söhbət gedə bilməz. Kadrlardan da göründüyü kimi orada söküntü prosesini özündə əks etdirən heç bir məqam yoxdur”.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti