Şuşada Türkiyə Konssuluğu açıla bilər - Səfir

12:34 | 10.05.2024
Şuşada Türkiyə Konssuluğu açıla bilər - Səfir

Şuşada Türkiyə Konssuluğu açıla bilər - Səfir

Şuşada Türkiyə Konsulluğunun açılması planlaşdırılır. Bunu Türkiyənin Azərbaycandakı səfiriCahid Baxçı deyib.
 
"Şuşada Konsulluğun açılması üçün müraciət etmişik. Gələcəkdə Xankəndi tam bərpa olunduqdan sonra orada da konsulluğun açılmasını istəyərik. Bu istiqamətdə Azərbaycanla birlikdə işlərimizi davam etdiririk", -səfir mayın 10-da jurnalistlərin suallarını cavablayərkən deyib. 
 
O həmçinin söyləyib ki,  Qarabağda kəndlərin, qəsəbələrin, şəhərlərin yenidənqurulmasında Türkiyə şirkətləri maraq göstərirlər. 

"Vaxtı ilə Prezident İlham Əliyev bildirmişdi ki, haqlı savaşımızda kim yanımızda olarsa, Qarabağın yenidənqurulmasında o iştirak edəcək. Bu çərçivədə Türkiyə şirkətləri Qarabağın yenidən qurulmasında fəal şəkildə iştirak edirlər. Təkcə dəmir yolları, avtomobil yolları, hava yolları, quru yollarının qurulmasında deyil, eyni zamanda tuneller, bəndlər, su çənlərinin çəkilməsi, mədəncilik fəaliyyətləri, aqro parkların qurulması kimi bir çox fəaliyyətlər də iştirak edirik", - o deyib.  

 
 
Aygün Mirakif 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM