Şuşadakı qala-konsert şəhidlərə görə təxirə salındı

14:54 | 06.08.2022
Şuşadakı qala-konsert şəhidlərə görə təxirə salındı

Şuşadakı qala-konsert şəhidlərə görə təxirə salındı

Ötən gün şəhid olan Azərbaycan ordusunun hərbçilərinin xatirəsinə ehtiram əlaməti olaraq, Şuşada "Muğam” müsabiqəsinin qala-konserti təxirə salınıb.

Bu barədə AzTV məlumat yayıb.

Məlumata görə, qala-konsertinin vaxtı dəyişdirilib və bu barədə ictimaiyyətə elan olunacaq.

Qala-konsertdə bugünədək keçirilən 8 "Muğam” müsabiqəsinin qalib və mükafatçılarının çıxışı nəzərdə tutulurdu.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM