Şuşanın baş planı təsdiqlənib

17:37 | 21.10.2024
Şuşanın baş planı təsdiqlənib

Şuşanın baş planı təsdiqlənib

Baş nazir Əli Əsədov Şuşanın 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib. Bu barədə Nazirlər Kabineti məlumat verib. 

2021-2040-cı illəri əhatə edən baş plana əsasən  şəhər əhalisinin yaşayış fondu, sosial və mədəni-məişət xidməti obyektləri üçün ərazilər nəzərə alınıb, şəhərin inkişafına uyğun olaraq təbii landşaftın qorunması və ərazi zonalarının ayrılması ilə məskunlaşmanın aparılması prinsipi qorunub.
 
Yaşayış ərazilərinin sıxlıqlarının müəyyənləşdirilməsində proqnozlaşdırılan əhali sayı ilə bərabər, təklif edilən digər şəhər xidmətlərinin yerləşməsi də nəzərə alınıb. Şəhərin şərq və mərkəzi hissələrində tarixi quruluşun qorunması məqsədilə yol şəbəkələrinə müdaxilə minimal səviyyədə saxlanılaraq mövcud tarix-mədəniyyət abidələrinin bərpa/rekonstruksiyası nəzərdə tutulub.

Nəqliyyat və mühəndis-kommunikasiya təminatı infrastrukturu şəhərin inkişafına uyğun planlaşdırılıb. Yol şəbəkəsi piyada keçidi və velosiped yollarının, ictimai nəqliyyatın üstünlük təşkil etdiyi formada layihələndirilib, bütün sosial xidmət müəssisələrinin (məktəb, bağça, səhiyyə müəssisələri və s.) ictimai nəqliyyat marşrutları ilə əlaqələndirilərək əlçatan olması təmin edilib.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM