Şuşanın Malıbəyli və Quşçular kəndlərinin işğalından 22 il ötür

10:20 | 11.02.2014
Şuşanın Malıbəyli və Quşçular kəndlərinin işğalından 22 il ötür

Şuşanın Malıbəyli və Quşçular kəndlərinin işğalından 22 il ötür

 Şuşa rayonunun Malıbəyli və Quşçular kəndlərinin işğalından 22 il keçir.APA-nın məlumatına görə, erməni hərbi birləşmələri Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı alayın silah və texnikasının, habelə orada xidmət edən erməni və rus hərbçilərin köməyi ilə fevralın 9-dan etibarən Malıbəyli və Quşçular kəndləri üzərinə hücuma keçib. Üç gün davam edən qeyri-bərabər döyüşdən sonra 1992-ci il fevralın 11-də hər iki kənd işğal edilib. Kəndlər yandırılıb, yaşayış evləri, məktəblər, uçaq bağçaları, xəstəxanalar, məişət evləri, inzibati binalar, mədəniyyət abidələri, təsərrüfat obyektləri məhv edilib. İşğal nəticəsində iki kəndin 30-dək dinc sakini qətlə yetirilib, əsir götürülüb, yüzlərlə sakin yaralanıb. Qalan əhali qarlı, şaxtalı havada bir neçə kilometr dağ yolunu və erməni postlarını çətinliklə keçərək Ağdam rayonuna gələ bilib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM