Şuşaya “İskəndər M” raketinin atılması görüntüləri paylaşıldı - VİDEO

21:58 | 02.04.2021
Şuşaya “İskəndər M” raketinin atılması görüntüləri paylaşıldı - VİDEO

Şuşaya “İskəndər M” raketinin atılması görüntüləri paylaşıldı - VİDEO

"Caliber” layihəsinin "YouTube” səhifəsində növbəti videosüjet yayımlanıb.
Süjetin müəllifləri ikinci Qarabağ müharibəsi zamanı Azərbaycan ərazisinin "İskəndər M” raketləri ilə atəşə tutulması barədə danılmaz faktların təqdim edilməsindən sonra məsələ ilə bağlı fantastik versiyaların irəli sürüldüyünü diqqətə çatdırıblar.
"Hazırda media məkanında yalnız Rusiya ordusunun ixtiyarında olan raketlərin Ermənistana Suriyadan gətirilməsi kimi absurd fərziyyələr irəli sürülür. Açıq-aydın həqiqəti təkzib etməyə çalışanlar üçün 44 günlük müharibə zamanı erməni hərbçiləri tərəfindən çəkilmiş kadrları təqdim edirik”, - deyə süjetdə bildirilib.
Videoda eyni qurğudan iki ardıcıl raket atəşi əks olunur və bunun texniki cəhətdən "Elbrus” və ya "Toçka U” kimi komplekslərdə mümkün olmadığı qeyd edilir.
Daha ətraflı "Caliber”in süjetində:
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb