Aktyor və Kaliforniyanın sabiq qubernatoru Arnold Şvartsnegger ABŞ Senatına seçkilərdə namizədliyini irəli sürə bilər.
ANN.Az "Politico” nəşrinə istinadən xəbər verir ki, bu barədə aktyorun rəsmi nümayəndəsi Deniel Ketçell deyib.
"Bütün variantlar mümkündür”, - Ketçell bildirib.
Onun sözlərinə görə, Şvartsnegger Vaşinqtonun islahatlar kursunu dəyişməsinə çalışır və bunun üçün müxtəlif üsulları istifadə etməyə hazırdır.
Daha öncə Şvartsnegger prezident Donald Trampın miqrasiya fərmanını pisləyib və ona "vəzifələri dəyişməyi” təklif edib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !