İkitərəfli və regional xarakterli aktual məsələlərin müzakirəsi baş tutub.
Tacikistanın carici işlər nazirinin müavini Pərviz Davlatzoda yanvar ayının 27-də Azərbaycanın Tacikistandakı səfiri Abbas Əli Həsənovu onun xahişi ilə qəbul edib, Oxu.Az "ASIA Plus”a istinadən xəbər verir.
Tacikistanın Xarici İşlər Nazirliyinin informasiya departamentinin məlumatına görə, görüşün gedişatında tacik tərəfi Azərbaycan hökumətinə və xalqına Dağlıq Badaşxan Muxtar Vilayətində baş verən zəlzələdən sonra göndərdikləri humanitar yardıma görə təşəkkür edib və Tacikistan prezidentinin Azərbaycanın dövlət başçısına ünvanlanmış müvafiq məktubunu təqdim edib.
Bundan başqa, dostluq və konstruktiv atmosferdə ikitərəfli və regional xarakterli aktual məsələlərin müzakirəsi baş tutub.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !