Tacikistan-Əfqanıstan sərhədində silahlı insident olub, iki qaçaqmalçı zərərsizləşdirilib.
Bu barədə "Tojikistan” dövlət televiziyası məlumat yayıb.
Tacikistanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin Xatlon vilayəti üzrə departamentinin əməkdaşları sərhədçilərlə birlikdə Əfqanıstandan Tacikistana iri partiyalı narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısını alıblar.
İnsident fevralın 21-də Tacikistan-Əfqanıstan sərhədinin Farxor istiqamətində baş verib.
Beş nəfərdən ibarət transmilli cinayətkar qrup - Əfqanıstan vətəndaşları Qiyos Valadi Kurbonun rəhbərliyi altında külli miqdarda narkotik partiyasını Tacikistana keçirməyə cəhd ediblər.
Faktla bağlı cinayət işi başlanıb, ibtidai istintaq aparılır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !