Tacikistan prezidenti əhalini ərzaq ehtiyatı görməyə çağırdı

18:56 | 01.09.2015
Tacikistan prezidenti əhalini ərzaq ehtiyatı görməyə çağırdı

Tacikistan prezidenti əhalini ərzaq ehtiyatı görməyə çağırdı

Tacikistan prezidenti Emoməli Rəhmon dünya iqtisadiyyatındakı vəziyyətlə əlaqədar respublika əhalisini iki illik ərzaq ehtiyatı görməyə çağırıb.

Trend bu barədə RIA Novosti-yə istinadən məlumat verir.

Prezident bildirib ki, çətin geosiyasi vəziyyət, iqtisadi inkişaf artımının və Tacikistanın əsas ticarət tərəfdaşlarının milli valyutalarının məzənnəsinin aşağı düşməsi, dünya bazarlarında əsas ixrac-idxal məhsullarının qiymətlərinin dəyişməsi respublikanın sosial-iqtisadi inkişafına təsir göstərməkdə davam edir.

Bununla əlaqədar E.Rəhmon nazirlik və idarələrin rəhbərləri, icra orqanlarına milli iqtisadiyyat sahələrinin sabit inkişafının təmin edilməsi və makroiqtisadiyyatın dayanıqlığının qorunub saxlanması üçün bütün səylərini əsirgəməməyi tapşırıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti