Tacikistan Prezidenti Emoməli Rəhmon gələn ay Azərbaycana səfər edəcək.
Bu barədə Tacikistan Xarici İşlər Nazirliyinin Minskdə Tacikistan xarici işlər naziri Sirojiddin Muhriddin ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun görüşünə dair məlumatında qeyd edilib.
Bildirilib ki, XİN rəhbərləri Tacikistan Prezidenti Emoməli Rəhmonun 2024-cü il may ayının üçüncü ongünlüyünə planlaşdırılan Azərbaycan Respublikasına dövlət səfərinə hazırlıq işlərini ətraflı müzakirə ediblər.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !