Tacikistan Müdafiə Nazirliyi Quru Qoşunlarının komandanı polkovnik Nazar Səfərov həbs edilib.
"Report" "İnterfax"a istinadən xəbər verir ki, o, müdafiə nazirinin keçmiş müavini, hakimiyyətə qarşı silahlı qiyam qaldırdığı üçün öldürülən general Abdülhəlim Nazarzodaya yaxın hərbçilərdən olub.
Məlumatda bildirilib ki, N.Safarov qiyamdan xəbərdar olub və onun hazırlanmasında yaxından iştirak edib.
Xatırladaq ki, general A.Nazarzoda sentyabrın 16-da Ramit dərəsində Tacikistan güc strukturlarının keçirdiyi əməliyyat nəticəsində öldürülüb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !