Tacikistan vətəndaş müharibəsi ərəfəsində: daha 14 nəfər öldürüldü

16:00 | 07.09.2015
Tacikistan vətəndaş müharibəsi ərəfəsində: daha 14 nəfər öldürüldü

Tacikistan vətəndaş müharibəsi ərəfəsində: daha 14 nəfər öldürüldü

Tacikistanda hökumət qüvvələri ilə keçmiş müdafiə nazirinin müavini Əbdülhəlim Nəzərzadənin tərəfdarları arasında toqquşmalar davam edir. Modern.az saytı xarici mətbuata istinadən xəbər verir ki, hökumət qüvvələrinin Ramit dərəsində keçirdyi əməliyyat zamanı azı 14 nəfər qiyamçı öldürülüb. 

Çoxlu sayda silah-sursat müsadirə edən qoşunlar həmçinin Nəzərzadənin 31 tərəfdarını da həbs edib. 

Tacikistanın keçmiş müdafiə nazrinin müavini səlahiyyətlərini icra etmiş Əbdülhəlim Nəzərzadə isə sosial şəbəkələr vasitəsilə yayımlanan məktubunda dövlət çevrilişinə cəhd etmədiyini və ona qarşı repressiyaların prezident İmaməli Rohmon tərəfindən başladıldığnıı deyib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti