Tacikistanda islamçılar həbs olundu

17:10 | 17.09.2015
Tacikistanda islamçılar həbs olundu

Tacikistanda islamçılar həbs olundu

Tacikistanda əsas müxalif partiya hesab olunan İslami Oyanış Partiyasının rəhbərləri həbs olunmağa başlayıb.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, bu ayın əvvəlində Tacikistand abaş qaldırmış üsyanın yatırılması zamanı general Nazarzadənini ölümündən sonra repressiyalara start verilib. Ötən ay fəaliyyəti dayandırılan partiyanın başqanı Vəkili Seyid Ömər Hüseyni və idarəçilərdən olan Məmməd Ali Hait həbs olunublar. İfadəsi alındıqdan sonra Hait sərbəst buraxılsa da, Qazaxıstana gedərkən saxlanılan Hüseyninin dindirilməsi Tacikistan təhlükəsizlik xidmətində davam etdirilir.

Qeyd edək ki, dünən Tacikistan Milli Təhlükəsizlik Dövlət Komitəsi İslami Oyanış Partiyasının siyasi şurasının daha 3 üzvünü həbs etdmişdi - Zaraf Rəhmani, Zübeydullah Razik və Abdulkahhar Dövlət.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti