Tacikistanda hökumətə qarşı çıxan ölkənin sabiq müdafiə nazirinin müavini, general Abdulhalim Nazarzodanın 4 tərəfdaşı öldürülüb.
Məlumata görə, Vaxdat rayonunda keçirilən əməliyyatlar nəticəsində azı 17 nəfərin həbs olunduğu bildirilir.
Əməliyyatlar nəticəsində üsyançılara məxsus çoxlu sayda silah-sursat da ələ keçirilib. Məlumata görə, hazırda generalın 100-ə yaxın tərəfdarı hökumət qüvvələrindən qaçaraq gizləməyə davam edirlər.
Tacikstan hökuməti general Abdulhalim Nazarzodanı ötən cümə günü 20-dən çox insanın ölümü ilə nəticələnən silahlı basqınlar təşkil etməkdə ittiham edir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !