Vətəndaşlarının 25%-i ölkə hüdudlarından kənarada yaşayan Tacikistanda onlayn evliliklər və boşanmalar geniş yayılıb. Modern.az saytı "Azadlıq radiosu”na istinadən xəbər verir ki, onlayn evliliklər Skype videoçatı vasitəsilə gerşəkləşdirilir. Əksər gənclərin qazanc üçün xaricdə işləməsini nəzərə alan tacik cəmiyyətində oğlan və qızların Skaype vasitəsilə nikaha daxil olması normal sayılır.
"Azadlıq radiosu”nun məlumatına görə texnoloji baxımdan region ölkələrindən xeyli geri olan Tacikistanda gənclər Skype və digər proqramları həvəslə öyrənirlər. Skype vasitəsilə evliliklərin və SMS vasitəsilə boşanmaların geniş vüsət alması tacik ruhanilərinin bu məsələ ilə bağlı xüsusi qərar verməyə məcbur edib.
Radionun əməkdaşları belə onlayn toylardan birində iştirak ediblər. Tacikistanın paytaxtı Düşənbədə iqtisadçı kimi çalışan Şahnoz İdrisova su ilə dolu piyaləni öz qaynanasından qəbul edir. Bu ritualı adətən, bəy yerinə yetirsə də, o, ölkə xaricində olduğu üçün yalnız Skype vasitəsilə nikah andını deyə bilir. Onlayn toy zaman molla Skype vasitəsilə mərasimə qoşulan Pərviz İdrisovu Şahnaz İdrisova ilə nikaha daxil edir.
"Bu adi toy idi, gəlinlik, qhum-əqrəba ilə. Bircə fərq o idi ki, Pərviz bu vaxt Tunisdə idi”-deyə Şahnaz İdrisova deyir.
Cütlük 10 ildir ki, tanışdır. 5 il müddətinə müqavilə əsasında Tunisdə çalışan Pərviz İdrisov deyir ki, müqavilənin bitəcəyi 5 ili gözləməkdənsə, dərhal internetlə evlənməyə üstünlük verib.
Tacikistan əhalisi 8,5 milyon nəfərdir. Lakin onun vətəndaşlarının (xüsusən kişilərin) böyük əksəriyyəti işləmək üçün xaricə üz tutub. Statistik məlıumatlara görə, təkcə Rusiyada 1,2 milyon, Qazaxıstanda isə 350 mindən artıq tacik miqrant var.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !