O, təhsilini davam etdirib həkim olmaq istəyirdi.
Düşənbədən olan 19 yaşlı Munira Mirzəyeva İncəsənət və humanitar elmlər üzrə "The Atlas of Beauty” saytının versiyasına görə dünyanın ən gözəl qadınları siyahısına düşüb.
Oxu.Az xəbər verir ki, rumıniyalı fotoqraf Mixail Norok tərəfindən hazırlanan bu internet layihəyə əsasən, fotoqraf bütün dünyanı gəzərək ən gözəl hesab etdiyi qadınlarını fotosunu çəkir.
Bir ay bundan öncə Tacikistana səfəri zamanı isə fotoqrafın obyektivinə Munira adlı qız tuş gəlir. Daha sonra fotoqraf onun şəklini internet saytında "Düşənbənın ən gözəl süpürgəçisi” ("A beautiful street cleaner in Dushanbe, Tajikistan”) başlığı ilə paylaşıb.
Daha sonra məlum olub ki, həmin xanım əslində floristdir və paytaxt küçələrinin yaşıllaşdırılması işi ilə məşğuldur. Yeddi nəfərlik ailənin əsas qazanc gətirənidir.
Məktəbi bitirdikdən sonra həkim olmaq istəsə də, maddi səbəblərdən təhsilini davam etdirə bilməyib. Onun sözlərinə görə, buna görə məyus deyil, çünki əsas olan sakit həyat və heç kimdən asılı olmadan yaşamaqdır. Munirə deyir ki, şörəyini halal zəhməti ilə qazanır və bununla fəxr edir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !