"Xəzər TV”-də yayımlanan "Səni axtarıram” verilişində müğənni Tacir Şahmalıoğlu keçmiş duet ortağı, bir neçə gündür həbs olunan həmkarı Fədayə Laçın barəsində açıqlama verib.
Anews.az xəbər verir ki, ifaçı saytlarda onun adından yanlış informasiyalar yazıldığını vurğulayıb.
"Mən demişdim ki, sənəti ilə məşğul olsaydı, Fədayənin başına bu işlər gəlməzdi. Bu sözlərimi isə "Mən Fədayənin həbs olunacağını bilirdim” kimi yazıblar. Fədayənin həbs olunmasına ən çox üzülənlərdən biri də mənəm. Biz onunla dəfələrlə çörək kəsmişik. O, mərd qadındır”, - deyə müğənni söyləyib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !