Tacir Şahmalıoğluna AĞIR İTKİ: “Evimin çiçəyi getdi...”

14:38 | 01.08.2019
Tacir Şahmalıoğluna AĞIR İTKİ: “Evimin çiçəyi getdi...”

Tacir Şahmalıoğluna AĞIR İTKİ: “Evimin çiçəyi getdi...”

Müğənni Tacir Şahmalıoğluna ağır itki üz verib. Sənətçinin 83 yaşlı anası Südabə Allahverdiyeva dünyasını dəyişib.

Anews.az xəbər verir ki, müğənni Tacir Şahmalıoğlu anasının Mərdəkanda mərhum qardaşının yanında dəfn olunacağını bildirib:
"Danışacaq halda deyiləm, anamı dəfn etməyə gedirəm. Anamın heç bir xəstəliyi yox idi, evdə yıxılmışdı, omba sümyü qırılmışdı.
 
Həkimlər dedi ki, əməliyyat etdirmək olmaz, ürəyi zəifdir, narkozu qəbul etməyəcək. Ağrılara tab gətirmədi, həm də yeməyi kəsilmişdi. Evimin çiçəyi getdi”.(Publika)

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb