"Qəbələ" İdman Klubunun taekvondoçusu Məhəmməd Məmmədov daha bir beynəlxalq uğura imza atıb. Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, qısa müddət öncə Birləşmiş Ərəb Əmirliklərinin Fuceyra şəhərində keçirilən A Klass turnirdən qızılla dönən idmançımız bu dəfə eyni uğuru Gənclər arasında Dünya birinciliyində təkrarlayıb. Tayvanın Taypey şəhərində keçirilən sayca 10-cu turnirdə Məhəmməd fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 55 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz finala qədər heç bir rəqibinə şans verməyib. Finalda İtaliya taekvondoçusu ilə qarşılaşan millimizin üzvü 11-0 hesabilə qalib gəlib və qızıl medala sahib olub. Xatırladaq ki, milli komandamız dünya 18 taekvondoçu ilə qatılılıb. Turnirə martın26-da yekun vurulacaq.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !