Türkiyənin "Qalatasaray” klubu daha bir əfsanəsini geri qaytarıb. "Qafqazinfo” xəbər verir ki, söhbət braziliyalı Klaudio Taffareldən gedir.
İstanbul nəhənginin köhnə-yeni baş məşqçisi Fatih Terimin təyinatından sonra braziliyalının da bu kluba qaytarılacağına dair xəbərlər özünü doğruldub. Belə ki, "İmperator”, Taffareli özünə qapıçılarla iş üzrə köməkçi gətirib. Bu barədə məlumatı braziliyalı mütəxəssis sosial şəbəkədəki hesabından açıqlayıb.
Xatırladaq ki, Taffarel əvvəllər də "Qalatasaray”da qapıçılarla iş üzrə məşqçi kimi fəaliyyət göstərib. 52 yaşlı mütəxəssis 1998-2001-ci illərdə də bu komandada futbolçu kimi çıxış edib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !