Tahir Kərimli seçkilərdə iştirak etməyəcək

17:04 | 19.07.2024
Tahir Kərimli seçkilərdə iştirak etməyəcək

Tahir Kərimli seçkilərdə iştirak etməyəcək

Deputat Tahir Kərimli sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyəcək. Bu barədə pravda.az saytına açıqlamsında bildirib.  
 
"Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində namizədliyimi irəli sürməyəcəyəm. Yorulmuşam, bir qədər istirahət etmək istəyirəm", - deputat bildirib. 
 
Tahir Kərimli parlamentdə Vəhdət Partiyasının sədri olaraq təmsil olunurdu. 

Onun rəhbər olduğu partiyanın seçkilərdə iştirakı Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiqlənib. 
 
Tahir Kərimli Azərbaycan Respublikasının Milli Məclisi V və VI çağırış deputatıdır.
 
Bundan əvvəl Ana Vətən Partiyasının sədri deputat Fəzail Ağamalı, Vətəndaş Həmrəliyi partiyasının sədri deputat Sabir Rüstəmxanlı bu dəfə keçirilən seçkilərdə iştirak etməyəcəyini açıqlayıb. 
 
Azərbaycan parlamentinə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-də keçiriləcək. Azərbaycan Respublikasının Konstitusiyasına görə, bu seçkilər  cari ilin noyabrının birinci həftəsində baş tutmalı idi. Amma ölkənin COP-29-a ev sahibliyi etməsi səbəbindən seçkilərin tarixi dəyişdirilib.
 
 
Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi təşəbbüsü Milli Məclisin YAP-dan olan deputatlarından gəlib. 
 
Növbədənkənar parlament seçkilərində seçkiqabağı təşviqatın aparılmasına 9 avqustda başlanacaq, 31 avqust saat 8:00-da seçkiqabağı təşviqat dayandırılacaq.
 
Gülnar Nazimqızı 
 

 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM