“Kosmik fəaliyyət haqqında” yeni qanun layihəsi ikinci oxunuşda qəbul edilib - VİDEO

19:34 | 09.06.2023
“Kosmik fəaliyyət haqqında” yeni qanun layihəsi ikinci oxunuşda qəbul edilib - VİDEO

“Kosmik fəaliyyət haqqında” yeni qanun layihəsi ikinci oxunuşda qəbul edilib - VİDEO

Milli Məclisin iclasında "Kosmik fəaliyyət haqqında” yeni qanun layihəsi ikinci oxunuşda qəbul edilib. 

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, hazırda Azərbaycan peykləri 42 ölkədən 182 müştəriyə xidmət göstərir.

Kosmik fəaliyyət Azərbaycan Respublikasının Kosmik Agentliyi "Azərkosmos” tərəfindən həyata keçirilir. Kosmik sahədə qeyri-dövlət subyektlərinin fəaliyyətinə hüquqi zəmin yaradılması üçün, sahəvi münasibətləri tənzimləyən yeni qanunun hazırlanmasına zərurət yaranıb. Diqqətə çatdırılıb ki, təqdim olunan qanun layihəsi Azərbaycan Respublikasında kosmik fəaliyyətin hüquqi, iqtisadi və təşkilati əsaslarını, kosmik sənayedə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair ümumi tələbləri müəyyən edir və Yerətrafı orbitlərdə, Ay və digər səma cisimləri və onların orbitləri daxil olmaqla, kosmik fəzada milli fəaliyyətə aid edilən münasibətləri tənzimləyir.

Komitə sədri nəzərə çatdırıb ki, qanun layihəsi 6 fəsil, 24 maddədən ibarətdir. 
 
Gülnar Nazimqızı

//
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM