• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

Taksilərin qiymətində artım müşahidə edilir - Video

Taksilərin qiymətində artım müşahidə edilir - Video
24.04.2024 10:23
Taksilərin qiymətində artım müşahidə olunur. Bu barədə Xəzərxəbərin hazırladığı videomaterialda qeyd olunur. 


Sürücülər deyir ki, 1999 və 2000-ci il istehsalı olan avtomobillər taksi fəaliyyətindən kənarlaşdırıldığına görə, avtomobillərin sayında azalma var. Bu da da öz növbəsində qiymətlərə təsirsiz ötüşmür.


Nəqliyyat üzrə ekspert Yasin Mustafayev qiymətlə bərabər keyfiyyətin də artmasının vacibliyini vurğulayıb.


Məsələ ilə bağlı AYNA-dan "Xəzər Xəbər"ə bildirilib ki, yeni qaydalara əsasən, taksi minik avtomobili vasitəsilə sərnişindaşımalarla məşğul olmaq istəyən hüquqi şəxslər və fərdi sahibkarlar müvafiq icazələr əsasında fəaliyyət göstərməlidirlər. Bunun üçün buraxılış vəsiqəsi və buraxılış kartı alınmalıdır.


Qiymət artımı ilə bağlı "Bolt"dan qeyd edilib ki, sistemdə sifarişlər tələb təklif əsasında formalaşır.


"Sürücülərə bildirmək istərdik ki, öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğunlaşdırsınlar. Əks təqdirdə həmin nəqliyyat vasitələrinin sahiblərinə BOLT tərəfindən sifariş göndərilməyəcək".


"Uber"dən isə açıqlanıb ki, səfərin yekun qiyməti ərazidəki boş avtomobillərin və taksi sifariş etmək istəyən insanların nisbəti, səfərin məsafəsi və müddəti, yollarda tıxaclar kimi bir çox amillərdən asılıdır. Boş sürücülər nə qədər az olsa, səfərin qiyməti də bir o qədər yüksək ola bilər.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağdamda qadını ilan sancıb
Cəmiyyət 21:55
Ağdamda qadını ilan sancıb
Sumqayıtda fərdi yaşayış evi yanıb - Video
Cəmiyyət 21:00
Sumqayıtda fərdi yaşayış evi yanıb - Video
Tərtərdə avtomobillər toqquşub, 4 nəfər xəsarət alıb
Cəmiyyət 20:01
Tərtərdə avtomobillər toqquşub, 4 nəfər xəsarət alıb
“Şəki” restoranı sökülür - Video
Cəmiyyət 19:23
“Şəki” restoranı sökülür - Video
Bərdəyə toya gedən 15 yaşlı Ağdam sakini çayda boğulub
Cəmiyyət 18:22
Bərdəyə toya gedən 15 yaşlı Ağdam sakini çayda boğulub
Lerikdə 62 yaşlı qadın körpüdən dərəyə yıxılaraq xəsarət alıb - Video
Cəmiyyət 17:30
Lerikdə 62 yaşlı qadın körpüdən dərəyə yıxılaraq xəsarət alıb - Video
Masallıda yol qəzası olub - 2-si uşaq olmaqla 3 nəfər ölüb
Cəmiyyət 15:23
Masallıda yol qəzası olub - 2-si uşaq olmaqla 3 nəfər ölüb
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 14:04
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
Güzdəkdə sexdə yanğın baş verib
Cəmiyyət 13:45
Güzdəkdə sexdə yanğın baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol