Taksilərlə bağlı yenilik olacaq

17:19 | 22.01.2019
Taksilərlə bağlı yenilik olacaq

Taksilərlə bağlı yenilik olacaq

Bu ilin fevral ayından etibarən yeni taksi duracaqlarının tikintisinə başlanacaq.

Bunu jurnalistlərə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə heyətinin sədri Vüsal Kərimli bu gün keçirilən mətbuat konfransında bildirib.

V.Kərimli qeyd edib ki, duracaqlarda yalnız fərqlənmə nişanı almış taksilər xidmət göstərə biləcək:

"Taksi sayının yuxarı həddi müəyyən olunub.Hazırda müəyyən istiqəmətlərdə qanunvericiliyin təkmilləşdirilməsi aparılır. Ümumilikdə 28 min taksi qeydiyyatdan keçib. Amma onlardan fərqlənmə nişanı alanların sayı 5-6 mini keçmir. Demək qalan taksilər qanunsuz olaraq fəaliyyət göstərir".

BNA rəsmiainin sözlərinə görə, 240 taksi duracağının yeri müəyyənləşdirilib:

"Yerlərin müəyyən edilməsi çətin prosesdir. Çünki bu zaman bütün faktorlar, amillər nəzərə alınıb. Bura sərnişin axınından tutmuş təhlükəsizlik məsələlərinədək bütün amillər daxildir. Həmin dayanacaqların asfalt örtüyü dəyişdirilməli, mühəccərlər və panduslar quraşdırılmalıdır. Bundan sonra taksilər yalnız həmin dayanacaqlarda tam qanuni fəaliyyət göstərəcək"./trend.az


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb