Taksim qarşıdurmasında yaralananlar var

17:00 | 09.02.2014
Taksim qarşıdurmasında yaralananlar var

Taksim qarşıdurmasında yaralananlar var

Türkiyə hökumətinin internetə nəzarətini gücləndirməyi nəzərdə tutan qanun layihəsi ölkədə vəziyyəti yenidən gərginləşdirib. Taksim meydanı yendən etiraz səsəlri ilə dolub. Qarşıdurmalar nəticəsində bir neçə nəfər xəsarət alıb.

Fəalların aksiyanı dağıtmaq istəyən polisə müqavimət göstərməsi tərəflər arasında qarşıdurmalara səbəb olub. Qarşıdurmalar zamanı etirazçılar polisə daş və kəsici-yanıcı maddələr atmağa başlayıblar. Polis isə, gözyaşardıcı qazlar və təzyiqli su şırnıqları ilə aksiyanı dağıtmağa çalışıb. Gözyaşardıcı qazlar insanların bir çoxunun zəhərlənməsinə səbəb olub.

Aksiyada fəallar, eyni zamanda, bir müddət əvvəl rüşvətxorluq ittihamları ilə gündəmə gələn hökumət nümayəndələrinə qarşı etiraz şüarları səsləndiriblər və rəhbərləyin istefasını tələb ediblər. Baş nazir Rəcəb Tayyib Ərdoğan isə tənqidləri qəbul etmədiyini və yeni qanun layihəsi sayəsində internetin daha təhlükəsiz və azad olacağını bildirib. 

ANS PRESS

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM