Taliban, paytaxt Kabulda yerləşən Əfqanıstan parlamentinə hücum edib.
Ağır döyüşlərin ardından hücumu təşkil edən altı silahlı şəxs qətlə yetirilib, daxili işlər nazirliyindən bildirilib. Hücumu təşkil edənlər parlament binasının qarşısında bomba quraşdırılmış avtomobili partladıblar, məlumatda deyilir. Polis hücum edənlərə qarşı vuruşmaqla yanaşı, parlament binasını da boşaldıb. Talibanın bildirdiyinə görə, onlar bu hücumu parlamentdə yeni müdafiə nazirinin təsdiqi üçün səsvermənin keçirilməsi ilə əlaqədar təşkil ediblər. Hadisə, yeni müdafiə naziri Massoom Stanekzai-nin millət vəkillərinə təqdim edildiyi vaxt baş verib.
Sosial mediada yayılmış şəkillərdə parlamenti tüstü basdığı və insanların binadan qaçdığı görünür. Məlumatlarda Kabul şəhərinin Dahmazang ərazisində də partlayışın baş verdiyi bildirilir. Təcavüzkarların hücum etdiyi və parlament üzvlərinin binanı tərk etdiyi vaxt televiziya binadan canlı yayımlanıb. Bir qadın millət vəkilinin isə yaralandığı bildirilir. Hətta Əfqanıstan standartlarına görə, bu çox dramatik bir səhnədir və polis binanı təmizləmək və hücum edənlərlə mübarizə üçün kompleks əməliyyat həyata keçirir, Kabuldakı BBC müxbiri David Loyn bildirib.
Ölkədə bir neçə aydır ki, müdafiə naziri yoxdur və bu hücum hökumətə açıq mesajdır, müxbirimiz bildirib. bbc.com/azeri
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !