"Taliban" liderinin oğlu da öldürüldü

13:01 | 07.08.2015

"Taliban" liderinin oğlu da öldürüldü

Bu günlərdə öldürüldüyü xəbəri yayılan "Taliban" lideri Molla Ömərin oğlu Molla Yaqubun da qətlə yetirildiyi iddia olunur.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, bu haqda əfqan deputat Zahir Qədir rus mediasına açıqlamasında deyib. Onun szölərinə görə, atasının lerinə namizəd olan Molla Yaqub ötən həftə qətlə yetirilib. O, Molla Yaqubun Pakistanın Quetta şəhərində və "Taliban"da daxili çəkişmələr zamanı öldürüldüyünü bildirib: "Taliban"a qarşı çıxanlar və Pakistan kəşfiyyat idarəsi Molla Yaqubun ölümünə cavabdehdirlər və yaxın zamanda bu cinayətin detalalrı ortaya çıxacaq".

Əfqanıstan təhlükəsizlik qüvvələrinin yaydığı xəbərə görə, Pakistanda "Taliban"daxili mübarizə hələ də davam edir. Son məlumata görə, Molla Ömərin yerinə keçən Molla Ahtar Mansurun köməkçisi Mevlevi Haybatulla Norzaiyə sui-qəsd edilib, amma o, bu hücumdan sağ-salamat qurtara bilib. 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM