Əfqanıstanın paytaxtı Kabilə gedən şose yolu üzərində hücum həyata keçirən Taliban terror təşkilatı NATO-ya aid avtomobil karvanını vurub.ANN.Az axar.az-a istinadən xəbər verir ki, konvoya təşkil edilən hücumu kamikadze həyata keçirib. Taliban qruplaşmasının üzərinə götürdüyü hücumda 1 nəfərin öldüyü, 3 nəfərin yaralandığı açıqlanıb. Digər tərəfdən, Vardakda da Talibanın canlı bombasının yerli əsgərlərə hücum etməsi nəticəsində əfqan milli ordusunun 3 əsgəri ölüb.ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !