ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, terror aktından sonra "Anadolu Agentliyi"nə açıqlama verən "Taliban" təşkilatının sözçüsü Zabihullah Mücahit hadisənin cavabdehliyini öz üzərlərinə götürdüklərini bildirib və Qabuldakı türk səfirliyinin əməkdaşlarının deyil, ABŞ istehsalı olan avtomobillərin hədəf alındığını vurğulayıb: "Ərazidən keçən ABŞ istehsalı olan avtomobilləri hədəf aldıq, ölənlər də ABŞ vətəndaşıdır. Əgər hücum zamanı türklərə aid maşın da ərazidə olubsa, yanlışlıqla onlar da zərər görüblər. Bizim türklərlə düşmənçiliyimiz yoxdur".
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !