İyulun 30-da Taliban əfqan hökuməti ilə bu həftə sülh danışıqlarının yeni raundunun olacağı barədə xəbərləri "yalan” adlandırıb.
"Media orqanları sülh danışıqlarının teziklə… ya Çin, ya da Pakistanda keçiriləcəyi barədə məlumatlar yayırlar,” Taliban saytında ingiliscə bəyanat yerləşdirib. "Siyasi idarəmizin... belə bir prosesdən xəbəri yoxdur”.
Pakistan və Əfqanıstan hökumətləri növbəti günlərdə Talibanla sülh danışıqlarının yeni raundunu keçirməyi müzakirə edirlər. Əfqan rəsmiləri danışıqlarda atəşkəs məsələsini qaldıracaqlarını vəd edirlər. İndi isə Taliban bəyanat yayaraq bu məsələnin mümkünlüyünə şübhə salır. /Azadliq.org
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !