ANN.Az dünya mətbuatına istinadən xəbər verir ki, Pakistan ordusunun sözçüsünün yaydığı yazılı açıqlamada bildirilir ki, şimalı Vəziristanın Datta Xel bölgəsində cəmləşən Taliban düşərgələri bombalanıb. Nəticədə aralarında xarici şəxslərin də olduğu 76 nəfər tərki-silah olunub, xeyli sayda silah-sursat məhv edilib.
Rəsmi məlumata görə, Pakistan Silahlı Qüvvələri 15 iyundan indiyə qədərə Talibana qarşı mübarizə çərçivəsində 2 min 200 terrorçu öldürülüb, hava hücumları və silahlı savaş nəticəsində isə 200-dən çox əsgər həyatını itirib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !