"Taliban"ın yeni lideri Molla Aktar Mansur səsli mesaj yayımlayıb. ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, yeni lider səsli mesajında təşkilat üzvlərinə müraciət edərək onları birliyə dəvət edib və mübarizəyə davam edəcəklərini vurğulayıb.
"Taliban"ın mətbuat məsələləri üzrə katibi səs yazısını dünya media təmsilçilərinin ünvanına yollayıb. Molla Mansura aid olduğu iddia edilən səs yazısında "Taliban" lideri sülhlə bağlı müzakirələr aparılması məsələsinə də toxunub.
Buna baxmayaraq, o, təşkilat üzvlərinə müraciət edərək silahı yerə qoymamağı, mübarizənin davam etdirilməsinin vacibliyini qeyd edib.
"Taliban" ötən həftə təşkilat lideri Molla Ömərin həlak olduğunu və yeni liderlərinin Molla Mansur olduğunu elan edib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !